Slimfit
  1. CƏMİYYƏT

"Xırdalan" yarımstansiyası yenidən qurulur

"Xırdalan" yarımstansiyası yenidən qurulur
Sakura

"Xırdalan" yarımstansiyası yenidən qurulur

“Azərenerji” ASC Bakı və Abşeron yarımadasının 60%-ə yaxın ərazisini elektrik enerjisi ilə təchiz edən və paytaxtdakı əksər 110 kilovoltluq yarımstansiyaları qidalandıran sistem əhəmiyyətli 220 kilovoltluq “Xırdalan” yarımstansiyası tam yenidən qurur.

ASC-dən Redaktor.az-a verilən məlumata görə, 1953-cü ildə tikildiyindən istismar müddətini çoxdan keçən yarımstansiya, əhalinin o cümlədən iqtisadiyyatın artan tempini qarşılamaq, qəzaların qarşısını almaq, itkiləri azaltmaq, eyni zamanda paytaxtın etibarlı və dayanıqlı enerji ilə təmin edilməsi məqsədilə avadanlıqlar bütün parametrlər üzrə yenilənir.

“Artıq “Xırdalan” yarımstansiyasında 220 və 110 kilovoltluq açıq paylayıcı qurğuların yeni texnologiyalar əsasında yenidən qurulmasi prosesi və bütövlükdə metal-konstruksiya işləri başa çatıb”, - məlumatda qeyd edilir.

Məlumata əsasən, ərazidə yeni inzibati bina tikilib. Burada müasir tipli, məsafədən idarəolunan SCADA dispetçer sistemi qurularaq ümumi sistemə qoşulacaq və məlumatları qəbul etməklə yanaşı sistemə ötürəcək. Yarımstansiyada işlərin böyük hissəsi artıq yekunlaşıb və yaxın müddətdə işlər tamamlanacaq. Qeyd edək ki, “Azərenerji” “Reabilitasiya Proqramı” çərçivəsində 12 elektrik stansiyası, 20-dək yarımstansiyada kompleks şəklində yenidənqurma, təmir və bərpa işləri həyata keçirir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İsa Hüseynov, Nəbi Xəzri və Məstan Günər bacanaq idi. Onlar şair Davud Nəsibin bacıları ilə evlənmişdilər.

Redaktor seçimi

SON XƏBƏRLƏR