Slimfit
  1. AZƏRBAYCAN

XİN rəsmisindən Paşinyanın Şuşaya səfərinə dair açıqlama

XİN rəsmisindən Paşinyanın Şuşaya səfərinə dair açıqlama
Sakura

XİN rəsmisindən Paşinyanın Şuşaya səfərinə dair açıqlama

Xarici İşlər Nazirliyi Ermənistanın baş naziri Nikol Paşinyanın Dağlıq Qarabağa səfər etməsinə münasibət bildirib.

Xarici işlər nazirinin müavini Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib ki, Paşinyanın Azərbaycan torpaqlarına səfər etməsi beynəlxalq hüququn pozulmasıdır:

“Bu addım danışıqlar prosesinin konstruktiv çərçivədə aparılmasına göstərilən təzyiq, münaqişənin həlli yoluna yönəlmiş zidd hərəkətdir. Bu səfərləri qınayırıq. Təbii ki, Azərbaycan ərazisini Ermənistanın işğal etməsi heç kimdə şübhə doğurmur. Amma çox təəssüf ki, beynəlxalq münasibətlərdə mövcud olan standartlar imkan vermir ki, hər iki tərəf öz adı ilə çağırılsın”.

“Ermənistan Azərbaycan torpaqlarını işğal etməklə beynəlxalq normaları pozub. Minsk qrupunun həmsədrləri müəyyən cəhdlər edilər ki, tərəfləri bir-birinə yaxınlaşdırsınlar və danışıqlar prosesi aparılsın. Belə bir fonda Paşinyanın səfəri ağlabatan deyil. Danışıqlar prosesi baxımından destruktiv addımdır”- deyə nazir müavini qeyd edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR