Slimfit
  1. SİYASƏT

XİN başçısı: 'Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə sülh və təhlükəsizlik üçün səylərini əsirgəməyəcək'

XİN başçısı: 'Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə sülh və təhlükəsizlik üçün səylərini əsirgəməyəcək'
Sakura

XİN başçısı: 'Azərbaycan Qoşulmama Hərəkatına sədrliyi dövründə sülh və təhlükəsizlik üçün səylərini…

"Qlobal və regional təhlükəsizliyə dəstək verilməsi, geniş miqyaslı nəqliyyat və enerji layihələrinin həyata keçirilməsi Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindəndir". 

"Report"un xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Sakit Okean Alyansının (SOA) Perunun paytaxtı Limada keçirilən 14-cü zirvə iclasında çıxışı zamanı deyib. 

"Müstəqilliyimizin iki və yarım onilliyindən artıq müddət ərzində Birləşmiş Millətlər Təşkilatı, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi beynəlxalq təşkilatların fəal üzvü olaraq, Azərbaycan beynəlxalq əməkdaşlıqda öz rolunu genişləndirib. Bütün bu fəaliyyətlərdə biz həm özümüz, həm də tərəfdaşlarımız üçün “qələbə qazanmaq” ssenarisinə əsaslanan layihələrə praktiki töhfə veririk, beynəlxalq hüquq prinsiplərinə riayət edirik, iqtisadi və sosial ədalətə sadiqik. Azərbaycanın çoxtərəfli diplomatiyada artan rolunun tanınması ölkənin 2011-2013-cü illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü qismində seçilməsi ilə üzə çıxdı. Mən, Azərbaycanın Təhlükəsizlik Şurasının üzvü olmasını dəstəkləyən Alyans üzvlərinə bir daha minnətdarlığımı bildirirəm.

Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatının sədri kimi seçilməsi, ölkəmin bərabər tərəfdaşlıqları inkişaf etdirmək və hər hansı bir hərbi bloka qoşulmadan tarazlı siyasət aparmaq səylərinin daha bir vacib təsdiqidir. Bu xüsusda, 2019-cu ilin oktyabr ayında paytaxtımız Bakı şəhərində keçiriləcək Qoşulmama Hərəkatının XVIII Sammitində iştirak üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Alyans üzvlərinə dəvətini bir daha diqqətinizə çatdırmaq, həmçinin ölkəmiz tərəfindən Hərəkata sədrliyi dövründə beynəlxalq sülh, təhlükəsizlik və əməkdaşlığın möhkəmləndirilməsində Hərəkatın yüksək məqsədlərini daha da inkişaf etdirmək üçün bütün səylərini əsirgəməyəcəyini vurğulamaq istərdim", - deyə E.Məmmədyarov vurğulayıb. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Baki şəhəri, Qobu Park-1 yaşayış kompleksinin Sakinləri öz vəsaitləri hesabına Şəhid Generalımız Polad Həşimovun əziz xatirəsini belə əbədiləşdiriblər!

Redaktor seçimi

SON XƏBƏRLƏR