Slimfit
  1. SİYASƏT

XİN: Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı yalnız faktları ifadə edir

XİN: Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı yalnız faktları ifadə edir
Sakura

XİN: Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı yalnız faktları ifadə edir

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva KİV-in Ermənistanla Azərbaycanın Dağlıq-Qarabağ bölgəsini birləşdirən üçüncü avtomobil yolunun inşası ilə bağlı Avropa Parlamenti üzvlərinin birgə bəyanatı ilə bağlı sualını cavablandırıb.

Ens.az "Report"-a istinadən xəbər verir ki, L.Abdullayeva bildirib ki, Avropa Parlamentinin (AP) üzvləri, Avropa İttifaqı (Aİ) və Cənubi Qafqaz ölkələri üzrə Parlament Tərəfdaşlıq Komitələrində nümayəndə heyətinin sədri, AP üzvü Marina Kalyurand, AP-nin Ermənistan üzrə daimi məruzəçisi Trayan Basesku və AP-nin Azərbaycan üzrə daimi məruzəçisi Yelena Zovko əslində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq birliyin məlum mövqeyini bir daha təsdiqlədi:

"Təcavüzkar dövlət olan Ermənistan istisna olmaqla, beynəlxalq ictimaiyyətin bütün üzvləri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünü birmənalı şəkildə dəstəkləyir və BMT Təhlükəszilik Şurasının qətnamələri başda olmaqla beynəlxalq təşkilatların qəbul etdiyi çoxsaylı qərar və sənədlər Ermənistan qüvvələrinin Azərbaycanın bütün işğal olunmuş ərazilərindən tam və qeyd şərtsiz çıxarılmasını tələb edir.

Biz AP-nin üzvlərinin beynəlxalq hüquqa, eyni zamanda Avropa İttifaqı Şurasının “2020-ci ildən sonra Şərq Tərəfdaşlığı siyasəti üzrə” 11 may 2020-ci il tarixili yekun qərarına əsaslanan mövqeyini alqışlayırıq. Aİ Şurasının qərarında ifadə olunduğu kimi beynəlxalq hüquqa, o cümlədən ərazi bütövlüyü, müstəqillik və suverenliyə hörmət, demokratiya, rifah və sabitlik məkanını qurmaq üçün bizim ortaq öhdəliyimizdir. Bu mövqe, həmçinin Aİ-nin özünün fundamental və institusional hüquqi norma və dəyərləri, prinsiplərinə uyğun olaraq səsləndirilib.

Bununla bağlı Ermənistanda müşahidə etdiyimiz təşvişə gəldikdə isə xatırlatmaq istərdik ki, Avropa Parlamentinin üzvlərinin birgə bəyanatı yalnız faktları ifadə edir, başqa heç bir şey yox. Biz Ermənistan hakimiyyətini beynəlxalq ictimaiyyətin qəti mövqeyini şübhə altına almağa vaxt sərf etmək yerinə, əhalisini sülhə hazırlamağa çağırırıq. Bölgədə davamlı sülh, təhlükəsizlik, sabitlik və rifaha yalnız Ermənistan təcavüzünün nəticələri aradan qaldırıldıqdan sonra, Ermənistan silahlı qüvvələrinin Azərbaycan ərazilərindən çıxarılmasının təmin edilməsi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyünün bərpası və yüz minlərlə Azərbaycanlı məcburi köçkünün insan hüquqları və əsas azadlıqlarına təminat verildikdən sonra nail olmaq mümkündür".

Mənbə:

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

1 həftədə cəmi 3 fincan pivə kifayətdir ki, beyin 20% zəif işləsin.

Redaktor seçimi

SON XƏBƏRLƏR