Slimfit
  1. DÜNYA

XİN: ABŞ məhz koronavirusa qarşı peyvənd hazırlanması ilə məşğul olan rusiyalı alim və mütəxəssislərə sanksiya tətbiq edib

XİN: ABŞ məhz koronavirusa qarşı peyvənd hazırlanması ilə məşğul olan rusiyalı alim və mütəxəssislərə sanksiya tətbiq edib
Sakura

XİN: ABŞ məhz koronavirusa qarşı peyvənd hazırlanması ilə məşğul olan rusiyalı alim və mütəxəssislərə sanksiya tətbiq edib

“Vaşinqton məhz koronavirusa qarşı peyvəndin hazırlanması ilə məşğul olan rusiyalı alimlərə və mütəxəssislərə qarşı sanksiyalar tətbiq edib”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, hər şeydən öncə ABŞ-ın sanksiyalarına son bir neçə ayda COVİD-19-a qarşı Rusiya peyvəndinin hazırlanmasında yorulmadan çalışan alim və mütəxəssislərin düşməsi faktı hiddət doğurur: "Anlaşılan deyil ki, ABŞ hakimiyyəti öz vətəndaşlarına 180 mindən çox amerikalının öldüyü xəstəlik üçün dərmanın hazırlanması üzərində uğurla çalışan insanların cəzalandırılması cəhdini necə izah edəcək. 

Birləşmiş Ştatların Rusiyanın elmi-tədqiqat institutlarına qarşı sanksiyaları koronavirusa qarşı peyvəndin istehsalı və yayılması sahəsində ədalətsiz rəqabət aparmaq cəhdini xatırladır. Əmin deyilik ki, bu pandemiya ilə mübarizə sahəsində düzgün addımdır. Belə təəssürat yaranır ki, söhbət yenə də öz şirkətlərini, bu dəfə əczaçılıq üzrə şirkətlərini tanıtmaq maraqları naminə sanksiya təzyiqlərinin primitiv istifadəsindən gedir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bir şəklin tarixçəsi - Heydər Əliyev: “Mən o kişinin işinə qarışa bilmərəm” – Şuşa, 29 iyul, 1982-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR