Slimfit
  1. TEXNOLOGİYA

“Xiaomi” şirkəti "ağıllı" bloknot təqdim edib

“Xiaomi” şirkəti "ağıllı" bloknot təqdim edib
Sakura

“Xiaomi” şirkəti "ağıllı" bloknot təqdim edib

“Xiaomi” şirkəti qurğularının çeşidini genişləndirməyə davam edir: şirkət tərəfindən hazırlanmış bloknot avtomatik olaraq bütün yazıları rəqəmləşdirir.
 
ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, bloknotda istifadə edilən elektromaqnit rezonans texnologiyası qələmlə çəkilmiş xətləri yüksək dəqiqliklə müəyyənləşdirməyə imkan verir. Elektronika bu siqnalı emal edərək onu rəqəmli sənəd şəklində saxlayır. Beləliklə, konspekt, şəkil, çertyojları yadda saxlamaq olar.
 
Bundan başqa əllə yazılmış mətnin tanınması funksiyası var: belə mətn avtomatik olaraq “Word” sənədə çevriləcək. Bloknot istənilən kağızla işləyir. Bütün yazıları “iOS”, “Android” və “Windows 10” üçün proqramlar vasitəsilə saxlamaq olar.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Ko Pxi Pxi Don, Tailand

Redaktor seçimi

SON XƏBƏRLƏR