Slimfit
  1. TEXNOLOGİYA

Xiaomi simsiz qulaqlıqları smartfonun özündə yerləşdirəcək

Xiaomi simsiz qulaqlıqları  smartfonun özündə yerləşdirəcək
Sakura

Yan tərəflərdə, söndürmə və səs düymələri ilə yanaşı daha bir düymə var

Xiaomi simsiz qulaqlıqları ayrıca qabda deyil, birbaşa smartfonda saxlamağı təklif edib: bunun üçün telefonun gövdəsində iki xüsusi girinti olmalıdır. Ens.az bildirir ki, smartfon və qulaqlıqların dizayn təsvirləri Ümumdünya Əqli Mülkiyyət Təşkilatının (WIPO) saytında yayımlanıb.

 Tamamilə simsiz qulaqlıqlar çox populyarlıq qazandı və demək olar ki, bütün böyük istehsalçılar flaqman smartfonlarındakı 3,5 mm.lik konnektordan imtina etdilər.  Bu qulaqlıqları ayrıca taxmaq  əlverişsizdir, buna görə də adətən, bir neçə dəfə doldurula biləcəyi  və saxlanacağı qabıyla birlikdə satılır. Balaca keys  - cibinizdə daşımalı olduğunuz  qab və vaxtaşırı doldurulmalı olan başqa bir qadjet.

 Xiaomi mühəndisləri, potensial olaraq daha rahat qulaqlıq saxlama sxemini təsvir edən iki sənaye dizaynını WIPO- da qeydiyyata aldırıblar.  Smartfonları, qulaqlıqların daxil edilə biləcəyi 2 xüsusi girintili hissəylə istehsal etməyi təklif etdilər.  Yan tərəflərdə, söndürmə və səs düymələri ilə yanaşı daha bir düymə var.  Müəlliflər məqsədini açıqlamayıblar, lakin güman etmək olar ki, bu, qulaqlıqları tutan mexanizmin kilidini açmaq və onları çıxartmaq üçün lazımdır.

Qulaqlığın dizaynı

 Qulaqlıqlar  dönüş dizaynına malikdir və üç hissədən ibarətdir: AirPods-da olana bənzər uzun bir silindr, ilmələr və yuvarlaq  qulaqlığın özü.  Qulaqlığın saxlanılma zamanı yuxarıya doğru yönəldiləcəyi və smartfondan çıxarıldıqdan sonra yan tərəfə çevrilərək qulağa daxil edilə biləcəyi güman edilir.

Texniki baxımdan bu dizayn həqiqi görünür.  Məsələn, Galaxy Note smartfonları cihazın içərisindəki uzun bir girintiyə tamamilə uyğun olan 5.8 mm qalınlığında bir stylus istifadə edir, AirPods qulaqlıqlarında silindrik hissənin qalınlığı demək olar ki eynidir -  6  millimetrə bərabərdir.

 Lakin istifadəçi nöqteyi-nəzərindən sxemdə açıq çatışmazlıqlar var.  Birincisi, qulaqlıq daim smartfonun kənarına yapışıq olacaq,  yəni cibinizə  sürtüləcək və tıxanacaq,  hətta zədələnə bilər.  İkincisi, qulaqlıqların hamısının uzun  silindrik hissəsi yoxdur və olanların isə hər birinin qalınlığı  fərqlənir, buna görə də belə bir smartfonla yalnız eyni istehsalçıdan olan  qulaqlıqlardan istifadə edə bilərsiniz.

 Digər şirkətlər simsiz qulaqlıqların ağıllı saatlar içərisində saxlanmasını və  doldurulmasını təklif edirlər: Wristbuds qulaqlıq üçün yer olan qatlanan  ekrana malik saat satır və Huawei, saatın gövdəsi ilə kəmər arasındakı sərhəddə iki qulaqlıq bölməsinə sahib saat üçün patent təqdim edib.

 Smartfonlar arasında digər qadjetlər üçün də layihələr var: Samsung sonunda kənarda  kamerası  olan yeni bir stilus üçün  patent təqdim edib və ingilis mühəndisləri smartfonun korpusunu dron vəziyyətinə gətirblər.

Mənbə: nplus1.ru

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bu gün pələnglərin ən məşhur müdafiəçilərindən biri məşhur Hollivud ulduzu Loenardo Di Kapriodur. O Rusiyaya gələrək, Amur pələnglərin müdafiəsi üçün 1 milyon dollar bağışlayıb.

Redaktor seçimi

SON XƏBƏRLƏR