Slimfit
  1. TEXNOLOGİYA

Xiaomi Mi Mix 3 smartfonunun canl şəkli yayılıb

Xiaomi Mi Mix 3 smartfonunun canl şəkli yayılıb
Sakura

Xiaomi-nin güclü smartfon-slayderi belə görünəcək

25 oktyabr tarixində Xiaomi yeni flaqman smartfonu Mi Mix 3 modelini göstərəcək. Gizmochina yazır ki, bu gün şəbəkədə cihazın “canlı” fotosu yayılıb.

Daha əvvəl məlumat verildiyi kimi, smartfon çıxan yuxar panellə olan slayder formasında hazırlanıb ki, onda ikili ön kamera (əsas ötürücünün ölçüsü - 24Mp) yerləşəcək.

Şəkillərə əsasən, displeyin ətrafındakı çərçivələr kifayət qədər nazik olacaq. Yəqin ki, ekranın korpusa olan nisbəti ən azı 95% təşkil edəcək. Bundan başqa, cihaz çox güman ki, üz ilə blokdan çıxarma üçün 3D sistem əldə edəcək.
Digər gözlənilən texniki özəlliklərə Samsung-dan Super AMOLED ekran aiddir ki, o da barmaq izi skanerinə daxil ediləcək. Bununla belə panelin ölçüsü 2340x1080 piksel olacaq. Prosessor Snapdragon 845, əməli yaddaş 10QB-a qədər olacaq. Bundan başqa, Mi Mix 3 5G dəstəyi olan ilk kommersiya telefonu ola bilər.

Qadcet yəqin ki, 6/128, 8/128 və 8/256QB yaddaşlı versiyalarda satışa çıxarılacaq. Mümkün rənglər - göy, yaşıl və qaradır.

Mənbə: Tut.by

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sinqapurda Gardens by the bağındakı böyük süni ağaclar. Onlar təkcə gözəllik üçün deyil, həmçinin üzərində quraşdırılmış günəş batareyaları sayəsində enerji toplayırlar.

Redaktor seçimi

SON XƏBƏRLƏR