Slimfit
  1. AZƏRBAYCAN

Xəzər rayonunda hesabat yığıncağı keçirilib

Xəzər rayonunda hesabat yığıncağı keçirilib
Sakura

Xəzər rayonunda hesabat yığıncağı keçirilib

Xəzər Rayon İcra Hakimiyyətində 2019-cu ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunanan hesabat yığıncağı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının sektor müdiri Tağı Tağıyev, YAP Xəzər rayon Təşkilatının sədri Namiq Əhmədov, RİH başçısının müavinləri, Aparatın şöbə müdirləri, idarə-müəssisə və hüquq-mühafizə orqanlarının rəhbərləri, RİH başçısı yanında Şura üzvləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

İclası Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahov giriş sözü ilə açaraq, Prezident İlham Əliyevin sədrliyi ilə aprel ayının 30-da Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasının keçirildiyini qeyd edib, dövlət başçısının qarşıya qoyduğu vəzifələrdən söz açıb.

Eyni zamanda çıxışında Prezident İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsində bu gün bölgələrlə bərabər Bakıətrafı qəsəbələrin də sosial-iqtisadi inkişafının sürətlə davam etdirildiyini vurğulayan E.Salahov 2019-cu ilin birinci rübü ərzində Xəzər rayonun sosial və iqtisadi həyatında baş verən pozitiv dəyişikliklərin bütün sahələrdə yüksəlişlə müşaiyət olunduğunu yığıncaq iştirakçılarının diqqətinə çatdırıb.

E.Salahov 2019-cu ilin birinci rübü üzrə sosial-iqtisadi inkişafın yekunları və qarşıda duran vəzifələrə həsr olunanan hesabat məruzəsi ilə geniş çıxış edib.

 

Daha sonra hesabat məruzəsi ətrafında Xəzər Rayon Su kanal İdarəsinin rəisi Mübariz Nəsirov, Xəzər rayon Qaz istismar Sahəsinin rəis müavini Ramil Bağırov, Xəzər Rayon Məşğulluq Mərkəzinin direktoru Elnur Əkbərov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının sektor müdiri Tağı Tağıyev, YAP Xəzər Rayon Təşkilatının sədri Namiq Əhmədov, Şura üzvlərindən Təvəkkül Səlimov və Rəhilə Baxşıyeva çıxışlar ediblər.

Sonda Şura iclasının qərar layihəsi oxumaq üçün söz RİH Başçısı Aparatının Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Əfsər Mirzəliyevə verilib.

Qərar layihəsi oxunduqdan sonra rayon İcra Hakimiyyətinin başçısı E.Salahov yekun nitqi söyləyərək rayonda aparılan abadlıq-quruculuq sahəsində də görülən işlərin qənaətbəxş olduğunu qeyd etmiş və sosial-iqtisadi infrastruktur layihələrinin yüksək səviyyədə icra edilməsi, işsizlik səviyəsinin azadılması, rayon üzrə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq dəstəklərin göstərilməsi, sakinlərin məmnunluq səviyyəsinin artırılmasına dair bütün lazımi tədbirlərin həyata keçirməsi istiqamətində öz tapşırıqlarını verib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sahildə maraqlı tavanı olan kafe

Redaktor seçimi

SON XƏBƏRLƏR