Slimfit
  1. SİYASƏT

COP for Hope: COP29-da əhəmiyyətli nəticələrin əldə olunacağına ümid edirik - Nigeriyalı nazir

COP for Hope: COP29-da əhəmiyyətli nəticələrin əldə olunacağına ümid edirik - Nigeriyalı nazir
Sakura

COP for Hope: COP29-da əhəmiyyətli nəticələrin əldə olunacağına ümid edirik - Nigeriyalı nazir

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Budəfəki müsahibimiz Nigeriyanın Ətraf Mühit naziri Mal Balarabe Abbas Lavaldır.

O Trend-ə açıqlamasında bildirib ki, COP29-da danışıqlar prosesi ədalətli keçir və əhəmiyyətli nəticələrin əldə olunacağına ümid edirlər.

Nazir bir çox insanın COP29-un yaxşı ola bilməyəcəyini düşündüyünü, amma burada tam fərqli bir mühitin şahidi olduğunu bildirib: "Çox gözəl təşkil olunub. Danışıqlar gedir, amma bu barədə şərh verməyəcəyəm. Hesab edirəm ki, bu proses ədalətli keçdi. Bu COP həqiqətən də fərqlidir. Çünki burada daha çox maliyyə sahəsinə diqqət yetirilir. Əhəmiyyətli olan da budur. Həqiqətən də Ekoloji Problemlərin və İqlim Məsələlərinin Maliyyələşdirilməsi olduqca vacib məsələlərdir və biz bunun üçün burdayıq".

"Dubayda iqlimlə bağlı maliyyə məsələsində razılığa gələcəyimizə çox ümid edirdik. Çoxlu vədlər var idi. Xüsusən də Afrika problemlərinə diqqət daha çox idi. Mən də bildirmişdim ki, biz bu COP-u elə bir şeyə çevirməliyik ki, ölkəmizə qayıtdıqdan sonra kiminləsə nəticələrimizi bölüşə bilək.

İndi keçirdiyimiz yüksək səviyyəli görüşdə Afrikada iqlim böhranına qarşı böyük töhfə kimi 200-300 milyard maliyyə dəstəyi qeyd olundu. Düşünürəm ki, bu Afrika üçün kifayət olmayacaq. Çünki problemlərimiz çoxdur", - deyə nazir vurğulayıb.

 Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Sadovı küçəsindən İçərişəhər mənzərəsi, Bakı, 19-cu əsrin sonu - 20-ci əsrin əvvəlləri.

Redaktor seçimi

SON XƏBƏRLƏR