Dərc edildi: Baxış sayı: 794
Xəyyat Mirzə - Əzizim
Hicran dustağıyam, dərdə giriftar,
Bu dərdimi kimsə bilməz, əzizim!
Hərcayıdan mənə bir ox dəyibdi,
Ölənədək üzüm gülməz, əzizim!
Pozulubdur mən Mirzənin əsası,
Seyraqubla qurtarmayıb davası.
Deyərlər ki: «qabaq qoçun qisası,
Heç buynuzlu qoçda qalmaz», əzizim!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət