Dərc edildi: Baxış sayı: 516
Xeyriyyə məqsədilə 169 saat futbol oynadılar: 1939 qol vuruldu
Uelsin Kardiff şəhərində iki komanda xərçəng xəstələrinə yardım məqsədilə 169 saat futbol oynayıb.
“Haberler”in məlumatına görə, bir həftə bir saat davam edən xeyriyyə matçında 988-951 hesabı qeydə alınıb.
“Air Dome” adlı böyük zalda baş tutmuş oyunda futbolçulara meydançadan kənardakı çadırlarda istirahət etməyə icazə verilib.
Belə ki, hər bir futbolçu oynadığı hər saata görə beş dəqiqə istirahət edib. Ümumilikdə xeyriyyə matçında 33 futbolçu iştirak edib.
İyulun 14-də yerli vaxtla saat 18:00-da başlayan oyun ötən gün axşam saat 19:00-da başa çatıb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət