Xətaidəki yanğın niyə baş verib? - Mer danışdı
Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov küçəsində yanğının niyə baş verdiyini yalnız ekspertizadan sonra demək mümkün olacaq.
Ens.az Axar.az-a istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov jurnalistlərə açıqlamasında deyib.
“Bütün dünyada yay aylarında isti havada belə hadisələrlə rastlaşmaq olar. Bu il alimlər tərəfindən planetimizdə ən yüksək temperaturun qeydə alındığını nəzərə almalıyıq. Mən bunun qlobal istiləşmə ilə bağlı hadisə olduğunu deməzdim. Hadisənin niyə baş verdiyini yalnız ekspertizadan sonra demək mümkündür”, - E.Əzizov vurğulayıb.
Qeyd edək ki, yanğının söndürülməsinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri cəlb edilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət