Dərc edildi: Baxış sayı: 517
“Xətai” stansiyasında eskalatorda problem yaranıb
Bu yaxınlarda təmirdən sonra istifadəyə verilən “Xətai” metrostansiyasında eskalatorlardan birində problem yaranıb. Bu barədə sərnişinlər sosial şəbəkədə məlumat paylaşıblar. Belə ki, hərəkətdə olan eskalator anidən dayanıb və sərnişinlər piyada yuxarı doğru qalxmalı olublar.
"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Azvision.az -a bildirib ki, bu gün eskalatora plastik maddə düşdüyü üçün işçilər eskalatoru dayandırıblar. Onun sözlərinə görə, həmin plastik maddəni götürdükdən sonra eskalatoru yoxlayıb və fəaliyyətini bərpa ediblər.
"Eskalatorlar daim nəzarət altındadır. Bizim əməkdaşlar daim eskalatorları dayandırırlar, baxırlar. Eskalatorlar təzədir və sərnişin yükü altında işləyir. Biz onu təhlükəsizliyinə cavabdehik".
B.Məmmədov qeyd edib ki, bəzən sənişinlər tərəfindən "stop" düyməsinin basılması səbəbindən də eskalatorların fəaliyyəti dayanır.
Qeyd edək ki, bu ilin sentyabrın 12-də “Xətai” stansiyasının təmirdən sonra açılışı olub.
Anar Kəlbiyev

Şərhlər
Şərhləri göstər Şərhləri gizlət