Slimfit
  1. CƏMİYYƏT

Sədr müavini: "COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur"

Sədr müavini: "COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur"
Sakura

Sədr müavini: "COP29 iştirakçıları üçün metrodan istifadə pulsuzdur"

"Bu gündən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) iştirakçıları üçün metro nəqliyyatından istifadə ödənişsizdir".

Ens.Az-ın məlumatına əsasən,bunu Oxu.Az-a açıqlamasında "Bakı Metropoliteni" QSC-nin sədr müavini Hidayət Məmmədov deyib.

O bildirib ki, bunun üçün COP29 iştirakçıları akkreditasiya kartını təqdim etməlidirlər:

"Siyahı bizə təqdim olunub. Sözügedən siyahı bütün metro stansiyalarına göndərilib".

 

Qeyd edək ki, COP29 ərəfəsində ictimai nəqliyyatdan istifadənin ödənişsiz olması nəzərdə tutulub. Buraya avtobus, metro və dəmiryol nəqliyyatı daxildir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Hacı Zeynalabdin Tağıyevin cangüdəni, 1900-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR