Slimfit
  1. AZƏRBAYCAN

"Xəstəyə yardım göstərilməməsi xəbəri yalandır" - Nazirlik

"Xəstəyə yardım göstərilməməsi xəbəri yalandır" - Nazirlik
Sakura

"Xəstəyə yardım göstərilməməsi xəbəri yalandır" - Nazirlik

Vərəm xəstəsi olan Sabirabad rayon sakini 1988-ci il təvəllüdlü Sahil Kərimova Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda kömək edilməməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb. Qeyd edilib ki, vərəm xəstəsinin pulu olmadığı üçün ona lazımı yardımın göstərilməyib.
Səhiyyə Nazirliyindən Azvision.az -a verilən məlumata görə, İnstitutda xəstəyə yardım göstərilməməsi xəbəri yalandır. İnstitutun II Pulmonologiya şöbəsinin həkim pulmonoloqu Əliyeva Günay yazdığı izahatında bildirib ki, xəstə onlara dünən 15:00-da onlara müraciət edib. 

“Xəstəyə yaxınlaşanda yerdə uzanmış olduğu üçün yaxınlarından nə baş verdiyini soruşdum. Onlar isə cavabında “yol gəlmişlik dayana bilmədi” dedilər. Mən təcili olaraq kiçik tibb işçilərinə araba gətizdirdim, xəstəyə arabaya otuzdurulub, növbətçi həkimin otağına aparıldı. Xəstəyə müayinə olunub, pnevmoplevrit olduğu üçün “Döş qəfəsi cərrahiyəsi” şöbəsinə yerləşdirildi. 

Həkim cərrah Nəsirli Məsud tərəfindən sağ plevra boşluğuna drenaj qoyulub, təyinat verilib. Xəstənin anamnezində ruhi xəstəlik olduğundan, suallara cavab vermədiyi üçüb anası yanında qalıb. Növbə zamanı xəstəyə bir neçə dəfə baxış keçirmişəm. Xəstənin vəziyyəti orta ağır, stabil idi. Xəstə və yaxınlarından hər hansı şikayət olmayıb”. 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Naməlum yol - Nepal, Lantanq milli parkı, Aprel 2015. Fotoqraf - Dmitri Kupraçeviç

Redaktor seçimi

SON XƏBƏRLƏR