Dərc edildi: Baxış sayı: 384
Xəstəxanada intihar edən hakim bu gün işdə olub
Müalicə aldığı xəstəxananın yuxarı mərtəbəsindən özünü ataraq intihar edən Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rahib Salmanovla bağlı yeni məlumatlar əldə edilib.
Ens.az Qafqazinfo.az-a istinadən xəbər verir ki, R.Salmanov bu gün günortaya qədər işdə olub və bir sıra məhkəmə işlərinə baxıb.
Lakin günortadan sonrakı prosesləri təxirə salaraq xəstəxanaya gedib. Daha sonra isə məlum hadisə baş verib. Rahib Salmanovun hansı səbəbdən intihar etməsi araşdırılır.
Qeyd edək ki, 60 yaşlı Rahib Salmanov 2013-cü ildən Bakı Ağır Cinayətlər Məhkəməsində çalışırdı.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət