Dərc edildi: Baxış sayı: 550
Xəstə Qasım - Yayı nur
Bir gözəlin camalma mayılam,
Nə müddətdir gözəl məndən yaymur,
Mən qurbanam ağ üzündə o xala,
Zənəxdanın şöləgahı yayı nur.
Xəstə könlüm yar bəsləmiş, həmdərdi,
Dərdbilməzə demək olmaz həm dərdi,
Bir igidin yaxşı olsa həmdərdi,
Qışı nurdur, yazı nurdur, yayı nur.
Xəstə Qasım bu ləzgini yaratar,
Çətin gündə çətin səni yar atar,
Üz çevirsə, müjgan oxun yar atar,
Əli nurdur, oxu nurdur, yayı nur.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət