Dərc edildi: Baxış sayı: 616
Xəstə Qasım - Kimi
Nə baxırsan oğrun-oğrun,
Mənə biganələr kimi.
Durum dolanım başına,
Şama pərvanələr kimi.
Bağbanlar bəslər meyini,
Dönsün seyrağıb löyünü,
Yıxıbsan könlüm öyünü,
Top dəymiş qalalar kimi.
Gəl gedək Çiinə, Maçına,
Qurbanam zülfün ucuna,
Al məni qoynun içinə,
İstəkli balalar kimi.
Dost qapısında dustağam,
Tellərinə çox müştaqam,
Yar əlindən düyün-dağam,
Dağdakı lalalar kimi.
Xəstə Qasım Tikmədaşlı,
Könlü qəmli, gözü yaşlı,
Göldən uçdu yaşılbaşlı,
Silkindi sonalar kimi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət