Dərc edildi: Baxış sayı: 661
Xəstə Hasan - Mənim
Xəstə Hasan, qəmli-qəmli söylərəm,
Qara xəncər vurub bağrım teylərəm,
Səksən üçdə ömrü tamam eylərəm,
Sayılmaz tarixi qədərim mənim.
Ey ağalar, sizi tərif eyləyim,
Nədəndi çəkilməz bu nazım mənim?
Təmizdi əlfamız, pakdı sözümüz,
Hayıf ki, görməyir bu gözüm mənim.
Dəryada işləməz yelkənsiz gəmi,
Ürəkdə olmasın dərd ilə qəmi,
Ulu məclislərdə yapaydım dəmi,
Əlimdə olaydı bu sazım mənim.
Mən Xəstəyəm, oxuyardım, yazardım,
Qəvvas olub dəryalarda üzərdim,
Çarx misallı bu dünyanı gəzərdim,
Neyləyim, tutmayır bu dizim mənim!
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət