Dərc edildi: Baxış sayı: 651
Xəstə Hasan - Dırqınada
Erməniyə yol açıldı,
Yuva saldı Dırqınada.
Yerli getdi, yersiz qaldı,
Əcəb haldı Dırqınada.
Adına deyillər Tigrən,
Üzündəki ətdən igrən,
Əlindəki dəmir dirgən,
Çalhaçaldı Dırqınada.
Çayırları düz gördülər,
Özlərini yüz gördülər,
Xəstəni yalqız gördülər,
Qalmaqaldı Dırqınada.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət