Dərc edildi: Baxış sayı: 896
Xərçəngə qalib gələcəyinə söz verən Baydendən daha bir vəd
ABŞ-ın sabiq vitse-prezidenti və ölkə prezidentliyinə namizəd Co Bayden ABŞ ərazisində irqçilik və digər bərabərsizliklərə mübarizə aparacağına söz verib.
Bu barədə “The Chicago Tribune” yazır.
Qeyd edilir ki, Bayden prezidentliyə demokratlar tərəfindən namizədliyi irəli sürülən Kamala Harris tərəfindən irqi bərabərlikdə qeyri-sabit mövqeyinin olmamağında ittiham edildikdən sonra belə bir bəyanatla çıxış edib.
“Sizə söz verirəm ki, prezident seçiləcəyim təqdirdə, irqçiliklə mübarizə aparan dövlət başçısı olacağam”, - deyə Bayden bildiirb.
Co Bayden bir müddət öncə isə 2020-ci ildə prezident seçilsə, xərçəng xəstəliyinə qalib gələcəyinə söz vermişdi.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət