Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Xərçəng xəstəliyinin hansı insanlarda sürətlə inkişaf etdiyi məlum oldu

Xərçəng xəstəliyinin hansı insanlarda sürətlə inkişaf etdiyi məlum oldu
Sakura

Xərçəng xəstəliyinin hansı insanlarda sürətlə inkişaf etdiyi məlum oldu

Xərçəng xəstəliyi yaşlı insanlara nisbətən gənclərdə daha sürətli inkişaf edir. Bu, bədəndəki metabolik proseslərin sürəti ilə bağlıdır.

Ens.az Modern.az -a istinadən məlumat verir ki, rusiyalı cərrah-onkoloq İvan Karasev insanın yaşının xərçəngin inkişaf tempinə təsiri barədə məlumat verərkən belə deyib.

Onun sözlərinə görə, yüksək hormonal statusun fonunda, hormona həssas olan şişlər daha sürətli böyüyür.

Karasev, gənc qadınların hamiləlik dövründə yumurtalıq və ya döş xərçənginin cəmi bir neçə ayda inkişaf etdiyinə dair nümunələr də göstərib. O, həm də xatırladıb ki, hər hansı bir hormonal pozuntu xəstəliyin başlanmasına səbəb ola bilər.

İrsiyyətə gəldikdə, həkim bildirib ki, xərçəngin bu növü ümumi xəstəliklərin beş-yeddi faizində olur.

Sonda Karasev xərçəngin erkən formalarında simptomlar olmadığını nəzərə alaraq, insanları mütəmadi müayinədən keçməyə çağırıb.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Şəhidimiz Şahmurad Əlizadə

Redaktor seçimi

SON XƏBƏRLƏR