Xərçəng hüceyrələrini ac saxlayaraq öldürmək mümkündür
Cons Hopkins Universitetinin alimləri xərçəng hüceyrələrini məhv etmək üçün yeni üsul tapıblar. Məlum olub ki, qanda xolesterinin səviyyəsini azaltmaq üçün nəzərdə tutulmuş statin preparatları “şişi acdıraraq”, onun böyüməsinin qarşısını alır.
Bu barədə “MedicalXpress”də yerləşdirilmiş relizdə deyilir.
Tədqiqatçılar PTEN genində mutasiya olan hüceyrələrin məhv edilməsində ən effektiv preparatları müəyyən etmək üçün FDA (Qida və dərman vasitələrinin keyfiyyətinə sanitariya nəzarəti İdarəsi) tərəfindən təsdiqlənmiş 2500 dərmanı analiz ediblər.
Bu gen şişlərin böyüməsinin qarşısını alan fermenti kodlaşdırır. Nəticələr göstərir ki, statinlər, xüsusilə də pitavastatin xərçənglə mübarizə aparmağa qadirdir.
Statinlər zülalların hüceyrə membranlarına bağlanmasına cavabdeh olan geranilgeranil pirofosfat (GGPP) molekulunun yaranmasına maneə törədir. GGPP xərçəng hüceyrələrinin böyüməsinə kömək edərək, statinlərin təsirini ləğv edə bilər. Pirofosfatın sintezinə cavabdeh olan fermentin işinə maneə yaradıldıqda, PTEN mutasiyaları olan xərçəng hüceyrələri hərəkət etmək və böyümək üçün lazım olan qida maddələrini udmağı dayandırır. Bu isə onların ac qalmağına və nəticədə ölməyinə gətirib çıxarır.
Mənbə: Oxu.az
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət