Slimfit
  1. ARAŞDIRMA

İnanılmaz sınaq: laboratoriyada xərçəng hüceyrələri labirintdən dəqiqliklə çıxa bildilər

İnanılmaz sınaq: laboratoriyada xərçəng hüceyrələri labirintdən dəqiqliklə çıxa bildilər
Sakura

Onlar inanılmaz formada labirintdən çıxış yollarını tapırlar

Alimlər, xərçəng hüceyrələrini və amyöbləri bir labirintə yerləşdirdilər və onların necə çıxdıqlarını müşahidə etdilər . Hüceyrələr qorxunc dəqiqliklə labirintdən çıxış yollarını tapdılar.

Alimlər, hüceyrələrin labirint boyunca qaçdığı bir oyun sınağı keçirdilər . Təcrübə göstərdi ki, hüceyrələr vücudumuzun daxilində uzun məsafələrə hərəkət edə bilərlər. Alimlərin vəzifəsi hüceyrələrin hara getməli olduqlarını necə bildiklərini tapmaq idi.

Hüceyrə naviqasiyası kimyəvi maddələrlə idarə olunur. Onlardan bəziləri hüceyrələri cəlb edir, bəziləri isə dəf edir . Ens.az-ın Phys.org jurnalına istinadən verdiyi məlumata görə, ağ qan hüceyrələri kimyəvi attraktantlar adlanan kimyəvi maddələrə cəlb olunur. Bu maddələr zədələnmə və infeksiyanın yayıldığı yerlərdə ayrılırlar. Bir qayda olaraq, bu maddələr rolunda şəkər və amin turşuları çıxış edir.

Qlazqo Universitetinin alimləri hüceyrələrin bu maddələrə nə qədər tez reaksiya verdiyini və nə qədər uzağa gedə biləcəklərini, eyni zamanda, labirintdən keçərək maneələri dəf edib-etməyəcəklərini yoxlamaq qərarına gəliblər.

Alimlər, bu kimyəvi attraktantlarla doldurulmuş kiçik labirintlərdə hüceyrələri sınadılar.

Test mövzusu olaraq alimlər, labirintə iki növ hüceyrə yerləşdirdilər. Birincisi ümumi amyöblər, ikincisi isə xərçəng hüceyrələri. Bunlar, laboratoriya şəraitində yetişdirilən mədəaltı vəzi axarlarının adenokarsinoma hüceyrələridir.

Hər iki növ hüceyrə çox asanlıqla labirintdən keçə bildilər. Təəccüblüdür ki, hüceyrələr hələ ora çatmazdan əvvəl doğru döngəni təxmin edə bildilər. Sadə labirint üzrə amyöblərin səyahətinin nümunəsi:

Mürəkkəb labirintdə, amyöblər özlərini daha aydın şəkildə istiqamətləndirdilər, baxmayaraq ki, daha az iştirakçı sona çata bildi.

Bəzi hüceyrələrin "kütləşməsi " və itməsinin səbəbi - sərt rəqabətdən qaynaqlanıb.

Yolun yarısına kimyəvi attraktantlar səpələnmişdi. Və liderlər onları tez bir zamanda uddular. Və yerdə qalanlar isə artıq yolu tapa bilmədilər. Məlum olur ki, hüceyrə biologiyası əvvəllər düşünüldüyündən daha amansızdır.

İnsan cəmiyyətində olduğu kimi. Bütün sərvət bununla zəngin olmağa davam edən rəhbərlərə çatır. Qalanları başlarını divara vurmaq məcburiyyətində qalırlar. 

Yenidən hüceyrələrimizə geri dönək. Xərçəng hüceyrələrinin amyöblərə nisbətdə daha az mükəmməl olduğu ortaya çıxdı. Bu məntiqlidir, çünki onlar bədənin daxilində və hazır olan hər şeydə yaşayırlar. Yenə də qorxunc dərəcədə dəqiqdirlər.

Mənbə: zen.yandex.az

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünya tarixində ən sürətli nəsil artırmaq göstəricisi Mərakeş sultanı Mulay İsmayilə aiddir. İldə 58 uşaq ilə nəsil artırıb. 31 yaşında onun artıq 525 oğul, 342 qız övladı var idi.

Redaktor seçimi

SON XƏBƏRLƏR