Slimfit
  1. TİBB VƏ SAĞLAMLIQ

Xərçəng bu üsulla 5 il öncədən təsbit ediləcək

Xərçəng bu üsulla 5 il öncədən təsbit ediləcək
Sakura

Xərçəng bu üsulla 5 il öncədən təsbit ediləcək

Elm adamları prostat xərçənginin diaqnozunu asanlaşdıracaq mükəmməl bir test yaradıblar.

Metbuat.az Türkiyə mətbuatına istinadən bildirir ki, verilən açıqlamaya görə, "Prostat Sidik Riski" (PUR) adı verilən bu üsul gərəksiz test, biopsiya və həkim görüşlərinin qarşısını alacaq.

İngilis qəzeti "Huffinqton Post"da yer alan xəbərə görə, inkişaf etdirilən sidik testinin köhnə metodlara nisbətən həssas olduğunu bildirən mütəxəssislər bu üsul sayəsində lazımsız yerə edilən biopsiyaların qarşısını alacaq. Bu üsul əvvəldən prostat xərçəngi diaqnozu qoyulmuş və xərçəng riski daşıyan şəxslərdə istifadə ediləcək.

Xərçəng riski daşıyanlar üçün bir çox çətinliyi aradan qaldıracam bu test qan vermə, rəqəmsal rektal müayinə və prosesi minimuma endirəcək. Bildirilib ki, hal-hazırda həkimlər xərçəng riski daşıyan xəstə ilə daha az riski olan şəxsləri ayırmaqda çətinlik çəkirlər. Bu test nəticəsində bu çətinlik də aradan qalxacaq və daha həssas diaqnoz mümkün olacaq.

"PUR" testi üçün aparılan araşdırmalarda 537 kişidən alınan sidik nümunəsi 168 fərqli genə baxılaraq incələnib. Nəticədə 35 nəfərdə xərçəng riski təsbit edilib.

Araşdırma rəhbəri Ceremi Klark bildirib ki, bu testin əsas üstünlüklərindən biri xəstəliyi 5 il əvvəldən təsbit edə bilməsidir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Yuriy Nikulin "Brilliant əllər" çəklişi zamanı fasilədə nərd oynayır. Bakı. 1968-ci il

Redaktor seçimi

SON XƏBƏRLƏR