Slimfit
  1. SİYASƏT

Xələf Xələfov erməni nazirin fikirlərinə münasibət bildirib

Xələf Xələfov erməni nazirin fikirlərinə münasibət bildirib
Sakura

Xələf Xələfov erməni nazirin fikirlərinə münasibət bildirib

Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfov Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyanın Misirə səfəri zamanı səsləndirdiyi fikirlərə münasibət bildirib.

Ens.az Report.az-a istinadən xəbər verir ki, Xələf Xələfov  “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Zöhrab Mnatsakanyanın Misirdəki bəyanatının təxribat xarakterli olduğunu deyib.

Nazir müavini bildirib ki, Ermənistan hər fürsətdə Azərbaycan və Türkiyəyə qarşı qarayaxmalar edir:

“Erməni nazirin Misirdəki çıxışı da növbəti təxribat xarakterli addımdır”.

"Biz heç zaman Azərbaycan ərazisində ikinci Ermənistan dövlətinin yaranmasına imkan verməyəcəyik. Bu, Ermənistanın xülyasıdır və yaxın zamanlarda iflasa uğrayacaq. Azərbaycan daim inkişaf edir və Ordumuz güclənir. Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daim inkişaf edir və güclənir. Ümid edirəm ki, Azərbaycan yaxın vaxtlarda işğal altındakı ərazilərini işğaldan azad edəcək”, - X.Xələfov əlavə edib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Filin ürəyinin çəkisi 30kq-dır

Redaktor seçimi

SON XƏBƏRLƏR