Azərbaycanda bilik və bacarıqların, səriştənin artırılmasına xüsusi önəm verilməlidir - Nazir
Yeni rəqəmsal texnologiyaların yeni iş mühitinin ortaya çıxması ilə işçi qüvvəsinin bilik və bacarıqlarına uyğunlaşdırılması, əmək bazarına uyğunlaşdırılması Azərbaycanın qarşısında duran əsas çağırışlardandır.
Ens.az Trend -ə istinadən xəbər verir ki,bu barədə COP29 məkanında jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.
“Düşünürük ki, növbəti dövrdə Azərbaycanda xüsusilə bilik və bacarıqların, səriştənin artırılmasına xüsusi önəm verilməlidir. Çünki yeni texnologiyalar ölkəmizdə tətbiq olunduqca, bir çox işlərin xarakteri dəyişir, yeni işçi qüvvəsinə ehtiyac yaranır”, - deyə o bildirib.
Nazir əlavə edib ki, bu ehtiyacların qarşılanması bilik və bacarıq, səriştələrinin artırılmasında keçir.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət