Slimfit
  1. SİYASƏT

COP for Hope: Rafael Qrossi COP29 çərçivəsində İranın nüvə proqramının müzakirəsinin mümkünlüyünü şərh edib

COP for Hope: Rafael Qrossi COP29 çərçivəsində İranın nüvə proqramının müzakirəsinin mümkünlüyünü şərh edib
Sakura

COP for Hope: Rafael Qrossi COP29 çərçivəsində İranın nüvə proqramının müzakirəsinin mümkünlüyünü şərh edib

COP29 çərçivəsində Trend BİA “COP for Hope” adlı xüsusi layihəni təqdim edir. Bu layihə iqlim dəyişikliyi ilə mübarizədə vahid məqsəd uğrunda birləşmiş dünya liderlərinin, ölkə rəhbərlərinin və müxtəlif sahələrdə – siyasət, iqtisadiyyat, elm və ekologiyada öncül şəxslərin fikirlərini dinləmək üçün unikal imkan yaradır.

Ümumilikdə qlobal nüvə məsələsi vacib mövzu olaraq qalır, İran isə strateji məsələdir və bu mövzunu Tehranda müzakirə edəcəyik.

Ens.az Trend -ə istinadən xəbər verir ki, bunu Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) Baş direktoru Rafael Qrossi Bakıda keçirilən COP29 çərçivəsində jurnalistlərə bildirib.

"Biz daim görüşürük. Xüsusilə Nyu-Yorkda yüksək səviyyədə görüşlərimiz olub. Lakin bu dəfə Tehranda prezident, xarici işlər naziri və digər rəsmi şəxslərlə görüşəcəyəm. Bu çox mühüm bir məqamdır", - deyə o bildirib.

Onun sözlərinə görə, geosiyasət və iqlim dəyişikliyi məsələləri bir-biri ilə sıx əlaqəlidir. Qəbul edilən qərarlar hər bir ölkənin seçimləri ilə yaxından bağlıdır. Beləliklə, təhlükəsizlik və enerji məsələsi əhəmiyyətli amilə çevrilmişdir.

"İndi düşünürəm ki, energetikanın təhlükəsizlik aspekti də var. Bunu nəzərdən qaçıra bilmərik, ikinci plana ata bilmərik", - o əlavə edib.

Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.

 

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Azərbaycan toyu, Qarabağ, Şuşa, 1965

Redaktor seçimi

SON XƏBƏRLƏR