Slimfit
  1. CƏMİYYƏT

Xarici qeydiyyat nişanlı avtomobil sürücülərinin diqqətinə!

Xarici qeydiyyat nişanlı avtomobil sürücülərinin diqqətinə!
Sakura

Xarici qeydiyyat nişanlı avtomobil sürücülərinin diqqətinə!

Azərbaycanda xarici qeydiyyat nişanlı avtomobillərə tez-tez rast gəlirik.

Bu avtomobillərə nəzarət necə həyata keçirilir?

Nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov Redaktor.az-a açıqlamasında bildirib ki, bu gün ölkə ərazisində daha çox Gürcüstana məxsus qeydiyyat nişanlı avtomobillərin sayında artım müşahidə olunur:

“Bu avtomobillərin sürücüləri əksər halda Gürcüstan vətəndaşı olur. Onlar 90 gün ərzində Azərbaycanda yaşamaq hüququna malikdir. Çox hallarda xarici qeydiyyat nişanlı avtomobilləri yerli vətəndaşlarımız idarə edir. Bu vətəndaşlar gömrük rüsumları ödəmədən nəqliyyat vasitəsindən istifadə edə bilirlər. Yanvarın 1-dən etibarən ölkə ərazisinə idxal olunan avtomobillərin gömrük rüsumlarının artırılması fonunda bəzi sürücülər avtomobili qeydiyyata salmadan idarə edirlər.

Bu tendensiya daha çox sərhədyanı bölgələrimizdə geniş yayılıb. 

Xarici ölkədən avtomobil gətirib, idarə etmək, sərhədyanı bölgədə yaşayan vətəndaş üçün elə də çətin deyil. O, ayda 1 dəfə ölkədən çıxış edir və sonra geri qayıdır. Bakı qeydiyyatı olan şəxslər  üçün bu, bir qədər çətindir. Çünki məsafə çox uzaqdır. Bütün hallarda prosedur qaydalara uyğun tənzimlənir.

Xarici qeydiyyat nişanlı avtomobildən çox vaxt taksi fəaliyyəti üçün istifadə olunur.

Adətən taksi sürücüləri və avtomobillərlə müxtəlif xidmətlər göstərən şəxslər bu imkandan istifadə etməyə üstünlük verirlər. Lakin xarici qeydiyyat nömrə nişanı ilə qanunsuz fəaliyyət göstərənlər də az deyil. Nazirlər Kabinetinin 141 saylı qərarına əsasən, sərnişindaşımaya görə cərimə yalnız Azərbaycan dövlət qeydiyyatına alınan nəqliyyat vasitələri üçün nəzərdə tutulur. Yəni, qanunvericiliyə uyğun olaraq, xarici ölkələrin qeydiyyatında olan nəqliyyat vasitəsi ilə ölkə ərazisində taksi və digər sərnişindaşıma xidməti göstərmək qadağandır. Taksi xidməti göstərmək bir şərtlə mümkündür ki, həmin avtomobil dövlət qeydiyyatına alınsın və texniki baxışdan keçirilsin. Eyni zamanda, sürücü daşıdığı sərnişinlərlə müqavilə bağlamalı, müvafiq sənədləri toplamalı, rüsum ödəməli və sərhəd keçid məntəqəsinə təqdim etməlidir. Bu qaydanı pozan sürücülülər 40 manat civarında cərimələnir.

Xarici qeydiyyatlı avtomobillərə qarşı reydlər daim keçirilir.

Bəzi sürücülər fikirləşir ki, xarici nömrəyə görə saxlanılmırlar və buna görə öz bildiklərini edirlər. Halbuki, dövlət yol polisi əməkdaşları tez-tez həmin avtomobillərə qarşı reydlər keçirilir, mərkəzi məlumat sistemində müəyyən yoxlamalar aparılır. Daha sonra isə fəaliyyəti ilə bağlı konkret qərar verilir.  Yol hərəkətində istənilən nəqliyyat vasitəsinin sürücüsü tələblərə uyğun hərəkət etməlidir. Bu gün müasir kameralar vasitəsilə aşkarlanan hər bir qayda pozuntusu ilə bağlı addımlar atılır. Bu baxımdan xarici qeydiyyatlı avtomobil sürücüsü yol hərəkət qaydasını pozursa, cərimə tətbiq olunur. Çünki avtomobilin etibarnaməsi yerli vətəndaşın adına olur və hansısa qayda pozuntusu müşahidə olunarsa, yerli vətəndaşa qarşı müvafiq addımlar atılır”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR