Dərc edildi: Baxış sayı: 411
Xarici KİV-lərin bu işini unutmayacağıq – İran
İranın Britaniyadakı səfiri Həmid Bayedinejat bəzi xarici KİV-ləri tənqid edərək, onları yalan məlumat yaymaqda ittiham edib.
Axar.az xəbər verir ki, bunu Bayedinejat jurnalistlərə açıqlamasında söyləyib.
“İran xalqı heç vaxt “BBC Persian”, “VOA Farsi”, “Manoto” və “İran İnternəşnl”in antihökumət mitinqlərinin iştirakçılarının fəaliyyətinə necə haqq qazandırdıqlarını unutmayacaq. Onlar bu şəxsləri “siyasi tənqidçilər” adlandırırdılar. Bir qrup şəxs dinc nümayiş haqqından istifadə edərək, dövlət və özəl obyektlərə hücum etməklə şəhərləri xaos vəziyyətinə gətirməyə cəhd edirdi”, - o bildirib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət