Slimfit
  1. AZƏRBAYCAN

“Xaricdən gələn məhsulların çəkisi azaldılmalıdır” - Prezidentin köməkçisi

“Xaricdən gələn məhsulların çəkisi azaldılmalıdır” - Prezidentin köməkçisi
Sakura

“Xaricdən gələn məhsulların çəkisi azaldılmalıdır” - Prezidentin köməkçisi

"Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı ilə bağlı növbəti Dövlət Proqramında nəzərdə tutulan tədbirlər üzərində ciddi iş gedir. Proqramın icrası böyük məsələdir".

Metbuat.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri Zeynal Nağdəliyev deyib. Prezidentin köməkçisi bildirib ki, hər gün bu proqramın üzərində iş aparılır. 

"Burada hər bir maddə, hər bir tədbir üzərində ciddi iş görülür, hesablamalar aparılır, irəli sürülən təkliflərin mahiyyəti tam dolğun öyrənilir". 

Z.Nağdəliyev xaricdən idxal olunan məhsulların azaldılması ilə bağlı məsələyə də münasibət bildirib. Onun sözlərinə görə, xətt elə götürülüb ki, xaricdən alınan məhsulların çəkisi azalsın: 

“Ona görə də ölkəmizdə aqroparkların, iri kənd təsərrüfatı müəssisələrinin yaradılması bu məqsədə xidmət edir. Xaricdən gələn məhsulların ümumi çəkisi yerli istehsal hesabına azaldılmalıdır. Bəzi məhsullarda bu hal artıq nəzərə çarpacaq dərəcədə baş verib”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Curiosity yeni ərazi üzərində (06.03.2019)

Redaktor seçimi

SON XƏBƏRLƏR