Dərc edildi: Baxış sayı: 762
Xaricdə pulsuz oxumaq istəyənlərin diqqətinə
“Çalışacağıq ki, xaricdə təhsilin maliyyələşdirilməsi ilə bağlı aprel ayının sonunda elan verək. 2019-2020-ci tədris ilində gənclərin xaricdə magistr pilləsi üzrə təhsili Gənclər Fondu maliyyələşdirəcək. İlk il olduğu üçün bir qədər az tələbənin maliyyələşdirilməsini nəzərdə tutmuşuq. Yəqin ki, universitet və ixtisasların da siyahısı geniş olmayacaq”.
Femida.az xəbər verir ki, bunu Milli Məclisin Gənclər və idman komitəsinin bu gün keçirilən iclasında Gənclər Fondunun 2018-ci ildəki fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı fondun icraçı direktoru Fərid Cəfərov deyib.
F.Cəfərov gənclərin suallarını cavablandırarkən valideynlərin adi bir məsələyə görə övladlarına təzyiq etdiklərini qeyd edib:
“Bura universitetə daxil olmamaq da aiddir. Hətta bu, intihar səviyyəsinə qədər gətirib çıxarır. Gənclərin İnkişaf və Karyera Mərkəzinin yaradılmasının əsas təkanverici amillərindən biri o olub ki, gənclərə universitetə daha yaxşı hazırlaşmaq üçün dəstək verilsin”.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət