Slimfit
  1. TƏHSİL VƏ KARYERA

Xaricdə oxuyan həmyerlilərimiz Azərbaycanda qəbul imtahanı verə bilərlər? - RƏSMİ

Xaricdə oxuyan həmyerlilərimiz Azərbaycanda qəbul imtahanı verə bilərlər? - RƏSMİ
Sakura

Xaricdə oxuyan həmyerlilərimiz Azərbaycanda qəbul imtahanı verə bilərlər? - RƏSMİ

Bir neçə gün əvvəl Bakıda Türkiyədə yaşayan azərbaycanlıların təhsil problemlərinin müzakirəsinə həsr olunan tədbir keçirildi. Tədbirdə çıxış edən İstanbulda yerləşən Hüseyn Cavid adına məktəbin direktoru Şərqiyyə Məmmədova qardaş ölkədə Azərbaycan dilində təhsil alan şagirdlərin bəzilərinin Azərbaycana gələrək, burada qəbul imtahanı vermək istədiklərini qeyd etdi. Lakin direktor bu prosesin qəliz olduğunu, şagirdlərin Azərbaycan qəbul proqramı üzrə imtahanlara hazırlaşmaqda çətinlik çəkdiklərini qeyd etdi. Şəfiqə Məmmədova bəzi azərbaycanlıların isə ümumiyyətlə burada imtahan vermək imkanından xəbərsiz olduqlarını, hansı sənədləri hazırlamağı bilmədiklərini də vurğulayıb.

Bununla bağlı Dövlət İmtahan Mərkəzinin (DİM) Mətbuatla İş Şöbəsinin müdiri Xanlar Xanlarzadə Oxu.Az-ın sorğusuna cavab olaraq, əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslərin qəbul imtahanlarında iştirakı üçün şərtlər haqqında məlumat verib. O qeyd edib ki, 2023-24-cü tədris ili üçün sənəd qəbulunun zamanı keçib:

“Builki qəbul imtahanlarında iştirak üçün sənəd qəbulu 1-15 mart tarixlərində həyata keçirilib. Amma xaricdə təhsil alan şagirdlər gələn il və ondan sonrakı il qəbul imtahanlarında iştirak edə bilərlər. Sənədlərin qəbulu hamı üçün eyni vaxtda aparılır. Abituriyentlərə tövsiyə edirəm ki, mütəmadi olaraq mart-aprel aylarında DİM-in saytını izləsinlər. Sənəd qəbulu zamanı şəxsiyyət vəsiqəsi, tam orta, yüksək texniki peşə, orta ixtisas və ya ali təhsil haqqında sənəd, hərbi bilet və ya çağırışçı şəhadətnaməsi (oğlanlar üçün) tələb olunur. Əcnəbilər və xarici ölkələrdə təhsil almış şəxslər yuxarıda qeyd olunan sənədlərlə yanaşı, həmin sənədlərin notarial qaydada təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini də təqdim etməlidirlər. Xaricdə buraxılış sinfində olanlar isə oxuduqları məktəbdən son sinifdə olmaları barədə arayış da gətirməlidirlər. Arayış Azərbaycan dilinə tərcümə olunub, notarial qaydada təsdiq edilmiş formada olmalıdır”.

Şöbə müdiri bununla bərabər, onu da qeyd edib ki, əcnəbilər icazə vəsiqələrini, pasportları, vətəndaşlığı olmayan şəxslər icazə vəsiqələrini və ya yaşadıqları ölkənin hüdudlarından kənara getmək üçün onlara verilən sənədləri, Azərbaycanda daimi yaşayan vətəndaşlığı olmayan şəxslər isə şəxsiyyət vəsiqələrini təqdim etməlidirlər:

“Qaçqın statusu almış şəxslər və onların ailə üzvlərindən qaçqın vəsiqələri, onlara verilmiş yol sənədi, beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş hallarda digər sənədləri və ya icazə vəsiqələri tələb oluna bilər. Azərbaycanda ali məktəblərə qəbul imtahanında iştirak etmək istəyən hər bir abituriyent DİM-in rəsmi saytında bu haqda bütün məlumatları əldə edə bilər”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Jeledən Tetris

Redaktor seçimi

SON XƏBƏRLƏR