Dərc edildi: Baxış sayı: 737
Xaricdə doktorantura üzrə təhsil alan Azərbaycan vətəndaşlarının aylıq xərcləri müəyyənləşdi
Azərbaycan vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi qaydaları təsdiqlənib.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.
Qərarla “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsilinin maliyyələşdirilməsi Qaydaları”na əlavə edilib.
Bununla da xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil alan Azərbaycan vətəndaşlarının aylıq xərc normaları müəyyənləşib.
Cədvəllə buradan tanış olmaq olar.
Aqşin Kərimov
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət