Slimfit
  1. ƏDƏBİYYAT

Xaqani Şirvani - Şirvanşah Mənuçöhrün tərifi və onun oğlu Axsitandan şikayət

Xaqani Şirvani - Şirvanşah Mənuçöhrün tərifi və onun oğlu Axsitandan şikayət
Sakura

Xaqani Şirvani - Şirvanşah Mənuçöhrün tərifi və onun oğlu Axsitandan şikayət

Ərəb uşağı tək hər əcəm yenə.
Qulağı halqalı qul olmuş sənə.

Hümmətin sığışmaz sənin dünyaya,
Necə bir kuzəyə sığışmaz dərya.

Günəş tək parlayan bir qılıncın var,
O ançaq düşmənin köksünə batar.

O, iki əlinin feyzini görən,
Göz çəkər behiştin dörd çeşməsindən.

Kim etsə təyəmmüm torpağında, bil,
Ona abi-həyat heç gərək deyil!

İradən göy kimi qat-qat yüksələr,
Rəxnə bir qatma eləməz əsər.

Kəsra, üzüyünü görərsə, inan,
O, öz üzüyünü edər ağacdan*.

Razılıq nəsimin əsəndə ancaq,
Gül açar bu ömür dedikləri bağ.

Ağıl yaşamasa havanla sənin,
Ona xeyri olmaz heç bir qiblənin.

Namələr yazanda adına hər vaxt,
"Qulunuz" yazaraq, imza edər bəxt.

Ali hümmətlisən, vardır izzətin,
Ucalıq hər zaman olsun zinətin.

Qoy kafır adlanım, əgər bu ürək,
İstəmir qapında xidmət eyləmək?

Düşmənin tənəsi səbəbdir buna,
Ki, üzüm tutmayır gəlim qapına.

Ürəyimdə elə qəmlər var ki, bil,
Açıb söyləməyə qadir deyil dil.

Qoy pis göz dəyməsin oğluna, lakin,
O mənə qəlbində çox bəsləyir kin.

Abrımı apardı Axsitan mənim,
Bu yaram sağalmaz heç zaman mənim.

Günahım olmadan sandı günahkar,
Onda nə kərəm var, nə də həya var.

O cırmış ehtiram paltarlarımı,
O paltar bir daha yamaq tutarmı?

Sizə qulluq etdim iyirmi qış, yaz,
Sən mənə qiymət ver, oğlun bacarmaz

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Bakı, 1988

Redaktor seçimi

SON XƏBƏRLƏR