
Donald Tramp İlon Maskın rəhbərlik etdiyi agentliyə xüsusi səlahiyyətlər verib
Donald Tramp federal agentliklərdən dövlət qulluqçularını işə götürmə və işdən azad etmə siyasətlərini İlon Maskın rəhbərlik etdiyi Hökumət Səmərəliliyi Departamenti (DOGE) ilə əlaqələndirmələrini tələb edən fərman imzalayıb.
Ens.az Trend -ə istinadən xəbər verir ki, müvafiq sərəncam Ağ Evin saytında dərc edilib.
Sənədə əsasən, federal qurumların rəhbərləri DOGE nümayəndələri ilə birlikdə işçilərinin sayını azaltmaq üçün plan hazırlamalıdırlar. Fərmanla müəyyən edilən plana görə, işdən azad edilən dörd işçinin yerinə bir yeni işçi işə qəbul oluna bilər.
Yeni işçilərin işə qəbulu ilə bağlı qərarlar rəhbərlər tərəfindən DOGE nümayəndələri ilə məsləhətləşərək qəbul edilməlidir.
Qeyd olunur ki, DOGE əməkdaşları artıq ABŞ-ın 19 federal agentliyində ixtisar ediləcək proqramların müəyyən edilməsi üçün işə başlayıblar.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət