Slimfit
  1. SİYASƏT

Ermənistan hərbçiləri Aİ-nin nümayəndələri vasitəsilə mövqelərimizi təsbit etməklə məşğuldur

Ermənistan hərbçiləri Aİ-nin nümayəndələri vasitəsilə mövqelərimizi təsbit etməklə məşğuldur
Sakura

Ermənistan hərbçiləri Aİ-nin nümayəndələri vasitəsilə mövqelərimizi təsbit etməklə məşğuldur

Fevralın 12-si günorta saatlarında Laçın rayonunun Malıbəy yaşayış məntəqəsi ilə üzbəüz yerləşən Gorus rayonunun Xanazax istiqamətindəki Ermənistan silahlı qüvvələrinin mövqelərinə 1 ədəd UAZ-Patriot və 2 ədəd Land-Cruiser-LX markalı nəqliyyat vasitəsi gəlib.

Ens.az Trend -ə istinadən xəbər verir ki, Avtomobillərdən enən 3 nəfərin ərazinin müşahidəsi və bölmələrimiz istiqamətində foto-video çəkilişlər apardığı texniki müşahidə vasitələri tərəfindən qeydə alınıb.

Ermənistan tərəfi bu cür "monitorinqlərlə" bölmələrimizin dislokasiya yerləri və döyüş mövqelərimizin yerləşməsi barədə kəşfiyyat məlumatlarını toplamağa çalışır.

Qarşı tərəf Avropa İttifaqının monitorinq missiyasının nümayəndələrindən istifadə etməklə törətdiyi insidentlərlə Ordumuzun şəxsi heyətini provokasiyalara təhrik edir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Xalq yazıçısı Mirzə İbrahimov görkəmli tarzən Qurban Pirimovun kürəkəni olmuşdur.

Redaktor seçimi

SON XƏBƏRLƏR