Dərc edildi: Baxış sayı: 726
Xaqani Şirvani - Fələk yaxşı bilir: nəzmü nəsrdə
Fələk yaxşı bilir: nəzmü nəsrdə,
Mənimtək dünyada yoxdur bir nəfər.
Boyanım sudursa, xəyalım oddur,
Odla su sazişi görülmüş məgər?
Musanın oduyla Xızrın suyunu,
Təbim birləşdirir hər axşam-səhər.
İki divanımda - ərəbcə, farsca,
Yoxdur bircə söyüş, bir həcv, müxtəsər.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət