Slimfit
  1. CƏMİYYƏT

Xankəndiyə sakinlər bu tarixdə qayıdacaq – Deputat açıqladı

Xankəndiyə sakinlər bu tarixdə qayıdacaq – Deputat açıqladı
Sakura

Xankəndiyə sakinlər bu tarixdə qayıdacaq – Deputat açıqladı

Ens.Az-ın məlumatına əsasən,Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Vüqar İsgəndərovun Yenipress.az-a müsahibəsi:

- 15 oktyabr 2023-cü ildə tariximizin ən şanlı səhifələrindən biri yazıldı: Prezident İlham Əliyev Xankəndidə bayrağımızı ucaltdı. Azərbaycan öz haqqı olan ərazi bütövlüyünü bərpa etsə də, Qərb ölkələrində və AŞPA, AP səviyyəsində əleyhimizə qətnamələr qəbul olunur. Bu təzyiq prosesinin nəticəsini necə qiymətləndirirsiniz?

- Biz bu müasir dövrün ən xoşbəxt insanlarıyıq. Düşünürəm ki, gələcək nəsillər bu zəmanənin müasirlərinə qibtə edəcəklər. Maşallah olsun, o qədər qürurlu günlər yaşayırıq ki, sözlə ifadə ediləsi deyil. Biz bu gün böyük bir qələbəni qazanmışıq və dünyanın ən qürurlu xalqıyıq. Son yüz ilin tarixində heç bir dövlət, heç bir xalq bu qədər qələbə qazanmayıb. Bunun üçün biz Ali Baş Komandanın qətiyyətinə, ağlına, gələcəyi zərgər dəqiqliyi ilə hesablamasına və sözsüz ki, Şanlı Ordumuza minnətdarıq. 2020-ci ildən mən hər kəsi əsgər və zabit adlandırıram, çünkü bu xalq yumruq kimi birləşdi, ordu oldu. Bu qələbəni qazanmaqla bir çox qüvvələrin arzusunu gözündə qoyduq. Əlbəttə ki, biz bu qələbini güclü iqtisadiyyatımız, ordumuz və vətənpərvər gənclərin sayəsində əldə etdik. Təəssüflər olsun ki, dünyada haqq-ədaləti yalnız terminlərdə və kitablardan oxuduq. Lakin real həyatda ədalətli olmadıqlarını görürük. Beynəlxalq hüququn norma və prinsipləri bir çox böyük dövlətlərin əlində oyuncağa çevrilib və özlərinə lazım olduğu kimi davranırlar. 30 il ərzində dünyanın gözü qarşısında vəhşilik, soyqrım, fundamental insan hüquqlarının pozulması, insanların yüzillərlə yaşadıqları yerdən didərgin düşməsi dünyanın tükünü tərpətmədi və bunula biz gördük ki, dünyada haqq-ədalətdən danışan dövlətlər haqqı nahaqqın ayağına verdilər. Çox şükür ki, biz cənab Prezidentin və şücaətli Ordumuzun sayəsində haqqımızı özümüz aldıq və beynəlxalq hüququn ədalətini bərpa etmiş olduq. Biz məğlubiyyət seriyasını geridə qoyduq və qələbələr bizimdir. Heç bir xalq və dövlətlə ədavətimiz yoxdur, Azərbaycan bütün mənalarda qlobal anlamda dünyada hörməti və nüfuzu olan dövlətə çevrilib. Qərb ölkələri və AŞPA kənardan yalnız Azərbaycanın uğurlarını izləyəcəklər.

- Ermənistan işğalda saxladığı şəhərlərimizi, kəndlərimizi yer üzündən silib və orda məskunlaşma, məcburi köçkünlərin geri qayıtması çox vaxt aparacaq. Ancaq Xankəndi ilə bağlı vəziyyət bir az başqa cürdür: orda dağıntı yoxdur. Sizcə, Xankəndidə məskunlaşma nə vaxt və necə başlayacaq?

- İşğaldan azad olunmuş bölgələr yenidən qurulur və demək olarki, yeni şəhər, kəndlər salırıq. Bu prosesi dünya heyrətlə izləyir. Çünkü hamısını öz gücümüzə edirik. Xankəndi məsələsinə gəldikdə, hər şeydən əvvəl deyək ki, ermənilərin ordan köçməməsi üçün Azərbaycan üzərinə düşən hər şeyi etdi, ancaq onlar özləri köçüb getdilər.

Artıq gələn ilin yaz ayından biz orda kifayət qədər insanın yaşadığını görəcəyik. Bildiyiniz kimi, Xankəndidə artıq polis şöbəsi də fəaliyyətdədir və insanların yaşayışı üçün bütün normal şərait yaradılacaq. Azərbaycan konsitusiyası altında normal yaşayış olacaq və ağlı başında olan erməni vətəndaşlarımız da Xankəndiyə qayıda bilərlər.

- Xankəndidə erməni sakinlərin də evləri var. O evlərdə məskunlaşma necə olmalıdır: satın alınacaq, yoxsa kompensasiya veriləcək və bu proses sizcə necə ola bilər?

- Bunlar əslində texniki məsələlərdir. Bununla bağlı hər hansı bir fikir söyləməyimiz doğru olmaz, çünki mexanizmin müəyyənləşməsi prosesləri gedir. Düşünürəm ki, əvvəla, Xankəndidən məcburi köçkün olmuş azərbaycanlılar geri qayıtmalıdırlar, çünkü bu, onların haqqıdır. Digər tərəfdən isə kimsə ordan ev almaq və ya icarə götürmək istəyəcəksə, hamısı Azərbaycan qanunlarına uyğun həyata keçiriləcək.

- Hazırda əsas müzakirə mövzularından biri də Ermənistanla sülh sazişinin imzalanmasıdır. Baş nazir Nikol Paşinyan ilin sonuna qədər sülh sazişinin imzalana biləcəyini deyib. Sizcə, o, bu sözlərində nə qədər səmimidir?

- Paşinyan 2018-ci ildə hakimiyyətə gəlib və illərdir ki, qeyri-stabil siyayətçi obrazını formalaşdırıb. Dəfərlərlə şahidi olmuşuq ki, səhər ayrı, günorta başqa fikir bildirib. İlin sonuna qədər sülh müqaviləsinin imzalanmasını ilk deyən cənab Prezident İlham Əliyev olub. Paşinyan cənab Prezidentin sözlərini təkrarlayır, lakin bu sözü deməsinə baxmayaraq, Ermənistan tərəfindən qeyri-stabillik görürük. Çünki Ermənistan müdafiə naziri Papikyan Fransada hərbi müqavilə imzalayır, silah alır, Fransa açıq və aydın şəkildə Ermənistanı silahlandırır. Fransa Azərbaycanla açıq oyuna başlayıb və aydın şəkildə bizə qarşı hörmətsizlik edir. Digər tərəfdən isə Ermənistan silahlanmağa başlayırsa, kimə və nəyə qarşıdır bu? Adını qoyublar “özünü müdafiə”. Bu, kimdən müdafiədir? Sizə kim hücum edib? Tarix boyu siz terrorla məşğul olmusunuz, soyqrımı illərlə törədən siz olmusunuz! Məlum məsələdir ki, hədəflərində qara əməllər var. Lakin hazırki geosiyasi situasiya Ermənistanın tamamilə iflas olduğunu göstərir. Nəyə can atsalar belə, o silahları yenə  gələcəkdə Azərbaycanın Qənimətlər Parkında görəcəklər. Ermənistan sözü ilə əməlini birləşdirsə, Paşinyan və kamandası daha konstruktiv mövge sərgiləsə, ilin sonuna kimi sülh müqaviləsi imzalamaq olar. Bunun üçün Ermənistandan boş sözlər deyil, konkret əməl gözləyirik.

- Nəhayət, rus sülhməramlıların Qarabağdan getməsi məsələsi. Antiterror tədbirlərindən sonra hazırda rus sülhməramlıların orda bir işi qalmadığı hər kəsə bəllidir. Ancaq biz görürük ki, rus sülhməramlılar indi də “hərəkətin təhlükəsizliyi” işinə başlayıblar və 10 post yaradıblar. Bütün bunlar nəyə lazımdır və nəyə hesablanıb?

- Belə suallar ortaya çıxanda hər dəfə cənab Prezidentin sözü yadıma düşür: “Mən nəyi, necə və  nə zaman edəcəyimi çox yaxşı bilirəm”. Siz inanın ki, dövlət bu məsələləri çox yaxşı bilir və nəyi, nə zaman necə edəcəyini özü yaxşı bilir.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Rəsulzadənin kitabındakı Azərbaycan Cümhuriyyəti xəritəsi budur. 1923-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR