Slimfit
  1. CƏMİYYƏT

Xankəndi və Xocalı istiqamətində azan oxundu

Xankəndi və Xocalı istiqamətində azan oxundu
Sakura

Xankəndi və Xocalı istiqamətində azan oxundu

İşğaldan azad edilmiş ərazilərdə Xocalı soyqırımının 30-cu ildönümü ilə bağlı azan oxunub.

Ens.az Axar.az-a istinadən xəbər verir ki,  vaxtilə Şuşa və Ağdam Cümə məscidlərində verilmiş azanın audioyazısı fevralın 26-da səyyar səsyayıcı stansiyalar vasitəsilə Şuşadan Xankəndi, Ağdamdan isə Xocalı və Əsgəran istiqamətlərində səsləndirilib.

Azan səsi ətrafda, eləcə də ermənilərin yaşadığı ərazilərdə aydın eşidilib.

Azan səsi növbəti dəfə 16:58-də səsləndiriləcək.

Qeyd edək ki, bu azanı işğaldan bir qədər əvvəl Şuşa Musiqi Texnikumunun müəllimi Hafiz Sədrzadə oxuyub və lentə alınıb. Hafiz Sədrzadə Ağdamda yaşayıb, işğaldan sonra məcburi köçkün kimi Pirşağı qəsəbəsində məskunlaşıb. Hafiz Sədrzadənin atası uzun illər Ağdam Cümə məscidinin axundu olub, böyük dini alim kimi tanınıb. O, bu azanı “Zəminxarə” muğamı üstündə oxuyub.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

İspaniya tərcümədə "dovşanlar məkanı" deməkdir

Redaktor seçimi

SON XƏBƏRLƏR