Slimfit
  1. TEXNOLOGİYA

Xanımlar, şəkil çəkdirmək depressiyada olduğunuzdan xəbər verə bilər – bilirdiniz?

Xanımlar, şəkil çəkdirmək depressiyada olduğunuzdan xəbər verə bilər – bilirdiniz?
Sakura

Xanımlar, şəkil çəkdirmək depressiyada olduğunuzdan xəbər verə bilər – bilirdiniz?

Sosial mediadan həddindən artıq istifadənin insanlara psixoloji cəhətdən mənfi təsir göstərməsi həqiqətdir. Aparılan yeni araşdırma nəticəsində İnstaqramda tez-tez edilən selfie paylaşımının depressiya əlaməti ola biləcəyi aşkarlanıb.

TED.az xəbər verir ki, ictimai cinsiyyət sahəsində məqalələrin yer aldığı akademik jurnal olan "Sex Roles" qadınlarda selfie vərdişləri, obyektləşmə və depressiv simptomlar arasındakı əlaqəyə aydınlıq gətirən yeni bir araşdırmaya ev sahibliyi edib.

Meri Vaşinqton Universitetinin psixologiya üzrə professoru Miriam Lissin rəhbərlik etdiyi açıqlama qadınların özlərini obyektləşdirmə istəklərinin sosial medianın nəticəsi ola biləcəyini irəli sürüb. Liss və həmkarı Mindy Erchull obyektləşmənin selfie çəkib göndərərkən insanın davranışını necə dəyişə biləcəyinə baxmaq istəyiblər. Tədqiqatçılar bu məqsədlə ABŞ-da bir universitetdən 164 qadın tələbəni araşdırıblar. Anketdə fotoşəkil redaktəsi, ortalama selfie sayı, bədən nəzarəti, qəbul edilən sosial media səhvi və depressiv simptomlar qiymətləndirilib.

İştirakçıların əksəriyyəti İnstaqrama şəkil göndərmədən əvvəl 2-5 ədəd selfie çəkdiklərini bildirdiyi halda təxminən 5% isə orta hesabla 20-dən çox selfie çəkdiklərini söyləyib. Tədqiqatçılar İnstaqrama bir fotoşəkil yükləmək üçün çoxsaylı selfi çəkən qadınların daha çox depressiya əlamətlərinə sahib olduqlarını müəyyən ediblər.

Qüsurları foto düzəliş vasitələri ilə örtən qadınlar depressiyaya daha çox meyillidirlər

Xüsusilə vücudlarına diqqət yetirən qadınların İnstaqramda foto tənzimləmə vasitələrindən çox istifadə etdiyinə diqqət çəkən Liss bu davranışın depressiya əlamətləri ilə əlaqəli ola biləcəyini bildirib.

Eyni zamanda, fotoşəklin ümumi görünüşünü dəyişdirmək, üzdəki ləkələri gizlətmək və ya bədənin müəyyən hissələrini daha böyük və ya daha kiçik görünməsini təmin etmək üçün foto düzəliş vasitələrinin istifadəsi də eyni aspektdə dəyərləndirilə bilər.

Şəkil manipulyasiyasının onlayn aldadıcı bir məna verdiyini ifadə edən Liss "Qadınlar ən yaxşı görüntünü sosial mediada təqdim etmək istəsələr də, əslində bu onları daha da pisləşdirə bilər. Çünki özlərini necə təqdim etdikləri barədə dürüst olmadıqlarını hiss edə bilərlər", – deyə bildirib.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Norveçdə körpü

Redaktor seçimi

SON XƏBƏRLƏR