Slimfit
  1. MARAQLI

Xanımı ilə daha az ünsiyyətdə olmaq istəyən kişi 60 il "lal və kar" oldu

Xanımı ilə daha az ünsiyyətdə olmaq istəyən kişi 60 il "lal və kar" oldu
Sakura

Xanımı ilə daha az ünsiyyətdə olmaq istəyən kişi 60 il "lal və kar" oldu

ABŞ-da 62 ildir ki, evli olan cütlüyün boşanma prosesi ölkədə gündəm olub. Belə ki, yoldaşı ilə daha az ünsiyyətdə olmaq istəyən adam evlənən zaman ona yalandan kar və lal olduğunu deyib. 62 il sonra yoldaşının yalanını sosial şəbəkədəki bir videodan öyrənən qadın isə boşanmaq istəyib.
Yeniavaz.com xarici mətbuata istinadla xəbər verir ki, Konnektikut ştatında yaşayan 84 yaşlı Berri Dovsonun yoldaşı onunla əlaqə qurabilmək üçün işarət dilini belə öyrənib. Cütlüyün 6 övladından və 13 nəvəsindən də heç biri bundan duyuq düşməyib.
84 yaşlı adamın yalanı isə karaokedə oxuduğu mahnının kadrlarının “youtube”a yüklənməsi ilə üzə çıxıb.
Berri Dovsonun vəkilinin müsahibəsi zamanı dedikləri isə ölkə ictimaiyyətinin marağına səbəb olub: “Berri xeyli sakit bir adamdır. Yoldaşı isə əksinə sözün əsl mənasında gəvəzədir. Əgər bu adam özünü kar kimi göstərməsəydi onlar 60 il əvvəl boşanmış olardılar. Berri, demək olar ki, hər şeyi ailəsi üçün edib”.
Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Əbdürrəhim bəy Haqverdiyev ölüm yatağında. Bakı, 12 dekabr 1933-cü il.

Redaktor seçimi

SON XƏBƏRLƏR