Dərc edildi: Baxış sayı: 461
Xanım millət vəkilinin iclasa körpəsilə gəlməsi qalmaqal yaratdı
Qadın millət vəkili Züleyxa Həsən Milli Məclisin iclasında 5 aylıq körpəsi ilə birlikdə gəlib.
Publika.az xəbər verir ki, hadisə Keniyada baş verib.
Milli Məclisin sədri Xristofer Omulele parlamentdə körpəyə qulluq etmək üçün uyğun yer olmadığını bildirib və deputatdan salonu tərk etməsini tələb edib. Lakin deputatın yoldaşları bu qərara sərt reaksiya göstərib. Züleyxa Həsən mühafizəçilər tərəfindən məcburi çölə çıxarılıb. Çox sayda millət vəkili Züleyxaya dəstək olmaq üçün salonu tərk edib.
Milli Məclisin işinə müvəqqəti fasilə verilib.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət