Dərc edildi: Baxış sayı: 404
Xamenei Pezeşkianı İranın yeni prezidenti kimi təsdiqləyib
İran İslam Respublikasının Ali Rəhbəri Seyid Əli Xamenei Məsud Pezeşkianı yeni prezident kimi rəsmən təsdiqləyib.
Ens.az Report.az-a istinadən xəbər verir ki, , bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Mərasimin əvvəlində İranın daxili işlər naziri Əhməd Vəhidi növbədənkənar prezident seçkilərinin necə keçirildiyi barədə rəsmi hesabat təqdim edib.
Daha sonra Seyid Əli Xamenei Pezeşkianın İranın 9-cu prezidenti elan edilməsi haqqında fərman verib.
Bildirilib ki, Məsud Pezeşkian iyulun 30-da Məclisdə (İran parlamenti) and içəcək.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət