Slimfit
  1. CƏMİYYƏT

"Xalqın qanını içən məmurlar təmizlənir" - DEPUTATDAN SƏRT AÇIQLAMA

"Xalqın qanını içən məmurlar təmizlənir" - DEPUTATDAN SƏRT AÇIQLAMA
Sakura

"Xalqın qanını içən məmurlar təmizlənir" - DEPUTATDAN SƏRT AÇIQLAMA

“Bu günə qədər Azərbaycanda müvafiq yerli və mərkəzi icra hakimiyyəti orqanlarındakı əməliyyatların keçirilməsi və cinayət işinin başlanması üçün kifayət qədər həm səbəb, həm də əsas olub”.

Ens.az xəbər verir ki, bunu Kürdəmir Rayon İcra Hakimiyyətindəki həbsi KONKRET.az -a şərh edən deputat Bəhruz Məhərrəmov bildirib.

O, qeyd edib ki, Kürdəmirdə keçirilən əməliyyat tədbirinin keçirilməsində kifayət qədər səbəb var:

“Bilirsiniz ki, cinayət işinin başlanması üçün səbəb konkret məlumatlardır, əsas isə həmin məlumatlarda göstərilən əməllərdə cinayət tərkibinin olmasıdır. Azərbaycanda ötən ilin dekabrdan aktiv fazada davam edən korrupsiya ilə radikal mübarizə tədbirləri nəticəsində saxlanan, haqqında cinayət işi açılan məmurlar barəsində cinayət təqibinin qanuniliyi qətiyyən mübahisə doğurmur. Bu şəxslər barəsində konkret əməllərə və konkret pozuntulara görə cinayət təqibi başlanıb. Prosesin də bir izahı var, dövlətimizdə illərdir xalqın qanını içən məmurlardan arınma gedir, bu proses isə ancaq alqışlana bilər. Güclü dövlət, şəffaf idarəçilik sistemi naminə bu cür məmurların təmizlənməsi, dövlət aparatından uzaqlaşdırılması zərurətdir. Görünən də odur ki, başlanmış tarixi islahat kursu yalnız bu fonda ciddi effekt verir”.

Bəhruz Məhərrəmov vurğulayıb ki, bir məqamı da unutmayaq ki, radikal tədbirlərə əl atmazdan əvvəl cənab prezident İlham Əliyev məmurlara özünü doğrultmaq imkanı veribdir:

“Lakin maddiyyat hərisliyi bu icra başçılarının, bu məmurların gözünü o qədər tutub ki, lütf edilən şansdan yararlana bilmədilər. Xatırlayırsınızsa, aprelin14-də Prezidentin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videomüşavirədə dövlət başlçısı qəti şəkildə bildirdi ki, “xoşagəlməz hallara qarşı bundan sonra da ciddi mübarizə aparılacaq. Prezident tərəfindən edilən xəbərdarlıq hər kəs üçün dərs olmalıdır. Əgər kimsə bundan ibrət götürməsə, günah onun özündə olacaq.” İndi dövlət başçısının xəbərdarlığından sonra məmur tamahını cilovlaya bilmirsə, demək ki, yeganə yol qanunun sərt üzüdür, cəza tədbirləri olmadan həmin şəxslərin büdcəni talamasının, insanların cibinə girməsinin qarşısının alınması, onların islah edilməsi mümkün olmayacaq”.

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Məmmədbağır Bağırzadə (1950-2005) və Gülşən Qurbanova (1950-2006)

Redaktor seçimi

SON XƏBƏRLƏR