Slimfit
  1. MEDİA

Xalqın dəstəyini ala bilməyən radikallar öz siyasi hədəflərinə xarici müdaxilə ilə nail olmaq istəyirlər - Ekspert

Xalqın dəstəyini ala bilməyən radikallar öz siyasi hədəflərinə xarici müdaxilə ilə nail olmaq istəyirlər - Ekspert
Sakura

Xalqın dəstəyini ala bilməyən radikallar öz siyasi hədəflərinə xarici müdaxilə ilə nail olmaq istəyirlər…

Azərbaycanın daxili məsələlərini başqa ölkələrdə və beynəlxalq müstəvilərdə ittihamçı mövqelərdən müzakirəyə çıxarmaq, ölkəyə ağır sanksiyaların tətbiqi barədə çağırışlar etmək özünü milli-vətənpərvər qüvvələr kimi təqdim edənlərin qeyri-səmimiliyini əyani şəkildə göstərir.

Bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

Baş redaktor bildirib ki, dünyada ikili standartların bəzi ölkələr üçün az qala davranış normasına və demokratik dəyərlərin başqalarının daxili işlərinə müdaxilə və təzyiq üsuluna çevrildiyi indiki vaxtda Azərbaycan radikal siyasətçilərinin xarici tədbirlərdə ölkə barəsində bir əcnəbi təfəkkürü ilə danışması, dövləti ittiham etməsi xüsusilə ziyanlıdır, yolverilməzdir: "Vaşinqtonda Milli Mətbuat Fondu deyilən qurumun təşkil etdiyi toplantıda Cəmil Həsənlinin ittihamçı çıxışı və erməni lobbisinin təsirində olduğu şübhə doğurmayan "Amnesty İnternational"ın nümayəndəsi Balsondan heç fərqlənməyən siyasi mövqe nümayişi buna sübutdur. Azərbaycanda insan haqları və demokratiyanın vəziyyətini sərt tənqid edən dövlət və beynəlxalq təşkilatların özlərində demokratik normaların əslində şirmaya çevrildiyini, məlum maraqlar tələb edəndə pozulduğunu, insan hüquqları kimi dəyərin müxtəlif ölkələrə münasibətdə ikili standartlar əsasında tətbiq edildiyini görmüşük, bunu sübut etməyə ehtiyac yoxdur.

"Milli Şura" kimi özünü xərcləmiş qondarma qurumların Azərbaycana beynəlxalq sanksiyalar tətbiqinə çağırışlar etməsi heç bir vətənpərvərlik normasına uyğun deyil, ciddi siyasi nəticələr doğura bilməz. Bu cür çağırışlar "Milli Şura" deyilən qurumun ölkədə təsirli sosial-siyasi gücə malik olmadığını bir daha təsdiqləyir. Radikal dairələr Azərbaycanda xalqın dəstəyini ala bilmədikləri üçün öz siyasi hədəflərinə beynəlxalq dairələrin qeyri-legitim müdaxiləsi və təzyiqləri ilə nail olmaq istəyirlər. Azərbaycanda media azadlığının olmadığını, vətəndaş cəmiyyətinə total təzyiqlərin edildiyini iddia etmək, qanunla icazə verilməyən yerlərdə aksiya keçirmək cəhdlərinin qarşısının alınmasını polis zorakılığı kimi şişirdərək təqdim etmək qeyri-obyektiv, qərəzli mövqedir, ölkənin daxili işlərinə qanunsuz xarici müdaxilələr üçün şərait yaratmaq cəhdidir".

Ekspert qeyd edib ki, Azərbaycanın bütün daxili siyasi problem və məsələləri ölkənin içində, daxili qanunvericilik və milli-mənəvi modelin yaratdığı imkanlar çərçivəsində müzakirə və həll edilməlidir: "Bunun müxtəlif ölkələrdə alternativlərinin axtarışları vətənpərvər mövqe sayıla və Azərbaycan xalqı tərəfindən qəbul oluna bilməz. Milli Şura rəhbərlərinin belə çağırışları Azərbaycanda yadelli siyasi plan və modellərə uyğun olaraq sabitsizlik yaratmaq, bu baza üzərində hakimiyyət dəyişikliyinə nail olmaqdır. Belə planların mümkünsüz olmaqla bərabər, Azərbaycan dövlətçiliyinə və milli maraqlara uyğun olmadığını xalq bir sıra ölkələrin acı təcrübəsindən çox aydın başa düşür. Xaricdən sanksiyalar tətbiqinə çağlrışlar həmin siyasi qrupların əslində Azərbaycan xalqının mənafelərini düşünmədiyini sübut edir. Öz xalqını sevən siyasi qüvvə başqa dövlətlərin sanksiyasını ona rəva görməz. "Milli Şura" rəhbərləri belə çağırışları etdikcə Azərbaycan xalqının mənafelərindən nə qədər uzaq olduqlarını bir o qədər sübut edirlər. Dünyada sanksiyaların nüfuzdan düşmüş təzyiq üsulu olduğunu görməmək "Milli Şura" rəhbərliyinin 20-30 il əvvəlki dövrlərin köhnə siyasi təfəkküründən azad olmadığını bir daha nümayiş etdirir".

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Zəngin Romalılar saatlarla davam edən möhtəşəm ziyafətlərdə yeməyə davam etmək üçün zaman-zaman qusarlardı

Redaktor seçimi

SON XƏBƏRLƏR