Dərc edildi: Baxış sayı: 953
Xalq artisti xərçəng xəstəliyinə tutulub?
Xalq artisti Rafael Dadaşovun səhhəti yenidən pisləşib.
Oxu.Az xəbər verir ki, aktyorun xərçəng xəstəliyindən əziyyət çəkdiyi iddia olunur.
Xalq artisti üçüncü dəfə kimyaterapiya alsa da, xəstəlik R.Dadaşovun bütün orqanizminə yayılıb.
Sənətkarın müğənni qızı Səidə Dadaşova xəbəri təkzib etməsə də, o, atasının səhhəti ilə bağlı danışmaq istəməyib.
Bu açıqlamanı ilk dəfə Xəbərçi.az saytı yayımlayıb.
Qeyd edək ki, Xalq artisti R.Dadaşov ötən il dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi - infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilib.
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Xalq artisti R.Dadaşovun müalicə xərclərini öz üzərinə götürüb.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət