Slimfit
  1. CƏMİYYƏT

Xaçmazda körpünün uçması səbəbilə alternativ yollar təşkil edilib + AÇIQLAMA

Xaçmazda körpünün uçması səbəbilə alternativ yollar təşkil edilib + AÇIQLAMA
Sakura

Xaçmazda körpünün uçması səbəbilə alternativ yollar təşkil edilib + AÇIQLAMA

“Xaçmaz-Xudat yolunun üzərində yerləşən avtomobil körpüsünün uçması səbəbindən alternativ yollar təşkil olunub”.

Ens.Az-ın məlumatına görə,bunu Oxu.Az-a Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Rayon Fövqəladə Hallar Komissiyasının sədri Anar Oruclu bildirib.

Körpünün bərpası ilə bağlı yaxın zamanda tikinti işlərinə başlanacağı bildirilib:

“96 min əhalinin yaşadığı ərazidir. Körpünün uçmasına görə alternativ olaraq üç yol təşkil olunub. Quba, Qımılqışlaq, Müşkür istiqamətində yollardan istifadə edə bilərlər. Hazırda yollara baxış keçirilir. Körpünün bərpası ilə bağlı tapşırıqlar verildi. Qısa zamanda tam sürətlə tikinti işləri başlayacaq.

Körpü 1970-ci illərdə tikilib. 2001-ci ildə təkrar təmir olunub. Güclü sel suları nəticəsində dayağı aşıb. Uzun illər istismar olunan körpüdür. Körpü aşan zaman bir minik avtomobili çaya düşüb. Digər avtomobil tam düşməyib. Bir piyada, iki sərnişin xəsarət alıb. Ölüm halı qeydə alınmayıb. Yaralılara yardım göstərilir”.

 

Məqaləni bəyəndiniz? Sosial şəbəkələrdə izləyin!

Təhqiredici, mövzuya aid olmayan və böyük hərflərlə yazılan şərhlər təsdiqlənməyəcək.

Sakura

Ən çox baxılanlar

Dünyada ən sürətli təkər üzərində ev öz rekordunu yenilədi. Keçən il onun sürəti 128km/s idi, may ayında bu sürəti 162,61 km/s-a qədər artırdı, indi isə yarım km artırdı.

Redaktor seçimi

SON XƏBƏRLƏR