Xabi Alonso “Qarabağ”la oyunlarda ehtiyat qapıçıya şans verəcək
Almaniyanın “Bayer 04” klubu “Qarabağ”a qarşı UEFA Avropa Liqasının 1/8 final mərhələsinin oyunlarında ehtiyat qapıçıya güvənəcək.
"Ens.az" “Report”a istinadla xəbər verir ki,bunu komandanın baş məşqçisi Xabi Alonso yerli mətbuata açıqlamasında deyib.
İspaniyalı mütəxəssis bildirib ki, həm Bakıdakı, həm də Leverkuzendəki qarşılaşmada ikinci qapıçı Matey Kovar "çərçivə"də dayanacaq. 42 yaşlı çalışdırıcı əsas qolkiperləri olan kapitan Lukaş Qradetskini Bundesliqa matçları üçün qoruyacağını etiraf edib.
Qeyd edək ki, komandalar arasında bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək ilk görüş saat 21:45-də başlayacaq. Cavab qarşılaşması martın 14-də Leverkuzendə reallaşacaq.
Şərhlər
Şərhləri göstər Şərhləri gizlət